Bu gecə postlar qurulacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu gecə postlar qurulacaq

Sosial

20 İyun 2020 10:00 685


“Paytaxt ərazisində daha əvvəl sərtləşdirilmiş karantin rejimində xidmət necə təşkil edilmişdisə, yenə də o formada davam etdiriləcək”.

Yenisabah.az bildirir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunda həm postlar qurulacaq, həm də polis naryadları gücləndirilmiş rejimdə faəliyyət göstərəcək: Pepperoni pizza

“Daha əvvəl paytaxt və digər ərazilərdə icaze.e-gov.az portalında hərəkətlə bağlı qərar ləğv olunandan sonra postlar da götürüldü. Amma 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək postlar da olacaq, polis naryadları da nəzərət edəcək”.

Qeyd edək ki Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edib.

Qərara əsasən, sərt karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək davam edəcək./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!