Bu gün Beynəlxalq Ətraf Mühit Günüdür

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Beynəlxalq Ətraf Mühit Günüdür

Sosial

05 İyun 2020 15:54 952


"Yaşadığımız mühitə birlikdə dəyər veririk, ətraf mühit gününü də birlikdə qeyd etməliyik. Bu gün ətraf mühitə qayğı ilə yanaşan, işimizə dəstək verən, hər kəsin, o cümlədən media təmsilçilərinin də əlamətdar günüdür, onlara da təbrik düşür."

Yenisabah.az bildirir ki, 5 iyun Beynəlxalq Ətraf Mühit Günü ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın yaydığı açıqlamada belə deyilir.

"Cəmiyyət, onun müxtəlif təbəqələrinin nümayəndələri, xüsusən ictimai fəallar, qeyri-hökumət təşkilatları, media təmsilçiləri təbiətə qarşı xeyirxah niyyətləri, nümunəvi vətəndaş məsuliyyətləri ilə bizim işimizi daha da asanlaşdırır. Etiraf edilməlidir ki, bu gün cəmiyyətimizdə ətraf mühitə münasibət dəyişib və bu, bizə ruh verir, addımlarımızı daim möhkəmləndirir. Marqarita pizza

Çox sevindiricidir ki, artıq cəmiyyətimizdə "evimin bir küncü" bizi əhatə edən ətraf mühit, planetin bir guşəsi, hamımızın ocağı anlamında qəbul edilir. Evimizdən uzaqda da olsa, təbiətdə baş verən hər hansı dəyişiklik, ətraf mühitə mənfi təsir, laqeyd münasibət bu gün böyük əksəriyyətimizin narahatlığı, sərt reaksiyası ilə qarşılanır, təbiətimiz-evimiz kimi qəbul olunur. Sevindiricidir ki, ictimaiyyət nümayəndələri yaşıllıqların, ətraf mühitin qorunmasına biganə yanaşmır, bu məsələlərdə əsl vətəndaş mövqeyi nümayiş etdirir.

Deyə bilərik ki, bunlar bütün dünyada, o cümlədən Azərbaycanda da ətraf mühitin mühafizəsinə diqqətin daha da artırılması fonunda aparılan maarifləndirmə işlərinin, təbliğat tədbirlərinin, ağac əkilməsinin ümumxalq kampaniyasına çevrilməsi kimi kütləvilik ənənələrinin davamlı prosesi sayəsində baş verir.

Bu işdə isə cəmiyyətin bütün təbəqələri ilə birgə əsas aparıcı qüvvə media orqanları, ayrı-ayrı jurnalistlər, ictimai fəallar, bloggerlər və qeyri-hökumət təşkilatlarıdır", - deyə İ.İbrahimova bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!