Bu gün də qar yağacaq: Gecə və səhər...

saytların hazırlanması

Evə çatdırılma

Bu gün də qar yağacaq: Gecə və səhər...

Sosial

25 Fevral 2025 08:18 13154


Fevralın 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az qar yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-8° şaxta, gündüz 2-6° isti olacaq. Dominos pizza

Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 13-18° şaxta, yüksək dağlıq ərazilərdə 20-25° şaxta, gündüz 5-10° şaxta olacaq.

Yolların buz bağlaması davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!