“Bu gün Füzuli rayon tarixinin ən şərəfli günlərindəndir” - Füzulidən olan deputat

saytların hazırlanması

Evə çatdırılma

“Bu gün Füzuli rayon tarixinin ən şərəfli günlərindəndir” - Füzulidən olan deputat

Siyasət

17 Oktyabr 2020 11:09 1208


“Erməni quldurlarının Gəncə şəhərində törətdikləri terror hadisəsi zamanı dünyasını dəyişənlərə bir daha Allahdan rəhmət, yaralılara isə şəfa diləyərək Füzuli şəhərinin və kəndlərinin işğaldan azad olması münasibəti ilə bütün füzulilərə, bütün xalqımıza göz aydınlığı verirəm. Bu gün Füzuli rayon tarixinin ən şərəfli günlərindəndir”.

Yenisabah.az xəbər verir ki, bunu əslən Füzulidən olan millət vəkili Vüqar Bayramov deyib.

“Yaşasın Ali Baş Komandan, yaşasın Azərbyacan Ordusu! Var olsun mərd və qorxmaz xalqımız! Füzuli daxil olmaqla bütün torpaqlarımızın azad olunması uğrunda şəhid olan vətəndaşlarımıza Allah rəhmət eləsin, yaralananlara Allahdan şəfa diləyirəm.  Marqarita pizza

Qarabağ böyük quruculuq dönəminə daxil olur. Erməni quldurları tərəfindən dağıldılmış Füzuli şəhəri, kəndlərimiz və bütövlükdə işğaldan azad olmuş bütün torpaqlarımız qısa zamanda bərpa olunacaq və yenidən Qarabağımıza həyat qayıdacaq. 

Qarabağ Azərbaycandır və ƏBƏDİ bizim olacaq!”,-deyə deputat əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!