"Təəssüf ki, bu gün hələ də qanunsuz balıq ovu faktları var. Lakin aparılan reydlərin nəticələrinə baxdıqda bu kimi halların azaldığını müşahidə edirik".
Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
Xidmət rəisi qeyd edib ki, bu ilin ilk günlərində qanunsuz ovçuluqla əlaqədar 4 fakt, qanunsuz balıq ovu ilə bağlı isə 3 fakt aşkarlanıb: "qanun pozucuları barəsində cərimə tədbiq olunub. Həmçinin ötən ilin son ayı və bu ilin ilk həftəsində 5 min metrə qədər sintetik tor müsadirə olunub".
Telegram kanalımız