Bu gün Premyer Liqada 2 oyun keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Premyer Liqada 2 oyun keçiriləcək

İdman

04 Sentyabr 2022 09:48 847


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulacaq.

Yenisabah.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk görüşündə "Sabah" "Səbail"i qəbul edəcək. Meydan sahibləri 12 xalla 2-ci, qonaqlar 4 xalla 6-cı pillədə qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada 15 dəfə üz-üzə gəlib. Bunların 7-də "Sabah", 5-də "dənizçilər" qələbə qazanıb. Topları nisbətində də meydan sahibləri üstündür - 18:13. pizza mizza

Günün ikinci matçında "Zirə" "Qəbələ" ilə üz-üzə gələcək. Bölgə təmsilçisi 9 xalla 4-cü, paytaxt klubu 4 xalla 7-ci sıradadır. Bu, tərəflərin çempionatda 28-ci görüşü olacaq. Əvvəlki oyunların 9-da "qırmızı-qaralar", 5-də "qartallar" meydanı 3 xalla tərk edib. Topların nisbətində "Zirə"nin üstünlüyü var - 32:22.

Azərbaycan Premyer Liqası

V tur

4 sentyabr

18:00 “Sabah” – “Səbail”

Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Kamran Bayramov, Cavid Cəlilov

Hakim-inspektor: Orxan Məmmədov

“Bank Respublika Arena”

20:30 “Zirə” – “Qəbələ”

Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Kamranbəy Rəhimov

Hakim-inspektor: Anar Salmanov

"Dalğa Arena"

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Qarabağ" səfərdə "Kəpəz"i, "Turan Tovuz "Şamaxı"nı eyni hesabla yenib - 1:0. "Neftçi" isə öz meydanında "Sumqayıt"ı darmadağın edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!