Bu gün “Qarabağ” tarixi oyuna çıxır

saytların hazırlanması

Evə çatdırılma

Bu gün “Qarabağ” tarixi oyuna çıxır

İdman

17 Fevral 2022 09:20 8126


Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi olan “Qarabağ” bu gün Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində ilk oyununa çıxacaq. 

Yenisabah.az xəbər verir ki, Qurban Quranovun komandası Fransada “Marsel”lə üz-üzə gələcək.

“Velodrom” stadionunda keçiriləcək oyunu Monteneqrodan olan hakimlər briqadası idarə edəcək. pizza mizza

Ağdam təmsilçisi tarixində ilk dəfə avrokuboklarda pley-off mərhələsinə yüksəlib. Bu, həm də, Azərbaycan futbolu tarixində ilkdir. “Qarabağ” çətin səfər matçından sərfəli nəticə ilə qayıtmağa çalışacaq. Baxmayaraq ki, rəqib Fransanın köklü klublarından biridir və Liqa 1-də PSJ-dən sonra 2-ci pillədə qərarlaşıb.

Avropa Konfrans Liqası

Pley-offun ilk oyunu

17 fevral

00:00. Marsel - Qarabağ

Baş hakim: Nikola Dabanoviç (Monteneqro).

Fransa, “Velodrom” stadionu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!