“Bu gün rəsmi Bakı da reqlamenti təsdiq edəcək” - Qriqoryan

saytların hazırlanması

Evə çatdırılma

“Bu gün rəsmi Bakı da reqlamenti təsdiq edəcək” - Qriqoryan

Rəsmi

14 Dekabr 2023 12:38 1274


Ermənistan institusional olaraq onun iş prosesini təsvir edəcək delimitasiya komissiyasının fəaliyyətinin reqlamentini təsdiqləyib.

Yenisabah.az “Armenia Today”a istinadla xəbər verir ki, bu barədə baş nazirini müavini Mqer Qriqoryan danışıb.

Onun sözlərinə görə, bu gün rəsmi Bakı da reqlamenti təsdiq edəcək və ölkələr eyni vaxtda sənədin mətnini dərc edəcəklər. Dördpendirli pizza

M. Qriqoryan ikinci sənədin hazırlanmasının zəruriliyindən də danışıb. O bu sənəddə ölkələrin hansı prinsiplər və hansı xəritələr əsasında delimitasiya aparacaqlarının qeyd edilməli olduğunu söyləyib.

Ermənistan hökuməti Ermənistanın Dövlət Sərhədinin Demarkasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyası ilə Azərbaycan Dövlət Sərhədinin Demarkasiyası üzrə Dövlət Komissiyası arasında görüşlərin və birgə işçi görüşlərin təşkili və keçirilməsi qaydasını təsdiq edib. Sənədin tam mətni bu gün hökumətin iclasından sonra dərc olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!