Bu gün Vasif Talıbovla bağlı qərar veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Vasif Talıbovla bağlı qərar veriləcək

Siyasət

17 İyul 2024 10:29 17696


Xəbər verdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında İdarə Heyətinin iclası keçirilir. Ali qurumun toplantısında İdarə Heyətinin 40 üzvündən 39-u iştirak edir. 

Yenisabah.az xəbər verir ki, YAP İdarə Heyətinin üzvü, Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbov mərkəzi qərargaha təşrif buyurmayıb. Onun hansı səbəbdən iclasa qatılmadığı bəlli deyil. 

Qeyd edək ki, iclas başa çatandan sonra hakim partiya özünün deputatlığa namizədlərinin siyahısını açıqlayacaq. Vasif Talıbovun adının YAP-ın namizədlərinin siyahısında yer almayacağı bildirilir.  pizza sifarişi

Xatırladaq ki, Vasif Talıbov Milli Məclisin 1 saylı Şərur- Sədərək seçki dairəsindən seçilmiş deputatıdır. O, həmçinin birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin də deputatı olub.

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!