Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.
Yenisabah.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş keçiriləcək.
E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su doğma azarkeşləri önündə “Çelsi”ni qəbul edəcək. Toyuqlu pizza
Gecənin maraqlı qarşılaşmalarından biri isə Parisdə baş tutacaq. Burada PSJ doğma meydanda “Yuventus”la üz-üzə gələcək.
Çempionlar Liqası
Qrup mərhələsi, I tur
6 sentyabr
E qrupu
20:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Çelsi" (İngiltərə)
23:00. "Zaltsburq" (Avstriya) - "Milan" (İtaliya)
F qrupu
23:00. "Leyptsiq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
23:00. "Seltik" (Şotlandiya) - "Real Madrid" (İspaniya)
G qrupu
20:45. "Borussiya" (Dortmund, Almaniya) - "Kopenhagen" (Danimarka)
23:00. "Sevilya" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
H qrupu
23:00. PSJ (Fransa) - "Yuventus" (İtaliya)
23:00. "Benfika" (Portuqaliya) - "Makkabi" (Hayfa, İsrail)
Qeyd edək ki, ilk turun digər 8 matçı sentyabrın 7-də oynanılacaq.
Telegram kanalımız