Hirkan meşələrinin UNESKO-nun irs siyahına salınması istiqamətində bu il müsbət nəticənin əldə olunması gözlənilir.
Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev mətbuat konfransında deyib.
O qeyd edib ki, Hirkan meşələrinin UNESKO-nun irs siyahına salınması üçün yekun sənədlər təqdim edilib.
"Eyni zamanda, Zaqatala-Balakən biosfer qoruğunun vətəndaşlar üçün daha əlçatan olması nəzərdə tutulur. Hazırda palçıq vulkanları və Zaqatala qoruğu ilə bağlı beynəlxalq layihələr davam edir”.
Telegram kanalımız