Bu institutun 90 illiyi qeyd ediləcək - Sərəncam

saytların hazırlanması

Evə çatdırılma

Bu institutun 90 illiyi qeyd ediləcək - Sərəncam

Sosial

11 Mart 2019 21:04 829


Prezident İlham Əliyev AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, 2019-cu ildə AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illiyi tamam olur.

Sərəncamda qeyd olunur ki, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun ölkədə neft-kimya elmlərinin və neft sənayesinin inkişafında müstəsna xidmətlərini nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyası AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin. Dominos pizza

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!