Bu kərə yağının tərkibində yağ turşuları aşkarlandı -   Satışdan çıxarılır

saytların hazırlanması

Evə çatdırılma

Bu kərə yağının tərkibində yağ turşuları aşkarlandı - Satışdan çıxarılır

Sosial

13 Mart 2025 16:35 523


AQTA əməkdaşları tərəfindən həyata keçirilən monitorinqlər zamanı "Azza-Aqro" QSC-nin istehsalı olan "Fermazza" əmtəə nişanlı 82% yağlılıqda kərə yağından götürülmüş nümunənin sınaq nəticələrinə əsasən, yağda bitki sterinləri (Stiqmasterin, Kampesterin, Beta-sitosterin) ilə yanaşı, yağ turşuları üzrə uyğunsuzluq aşkarlanıb. 

AQTA-dan Yenisabah.az-a bildirilib ki, bununla bağlı məhsul partiyasının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkar barəsində inzibati tədbir görülüb və icrası məcburi göstərişlər verilib.

Sezar pizza

Qeyd edək ki, məhsulların üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, faktiki tərkibində bitki sterinin aşkar edilməsi istehlakçıların aldadılmasına və hüquqlarının pozulmasına səbəb olur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!