Bu marketdə vaxtı keçmiş məhsullar satılırmış

saytların hazırlanması

Evə çatdırılma

Bu marketdə vaxtı keçmiş məhsullar satılırmış

Sosial

01 May 2025 14:40 297


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xaçmaz rayonunun Qaraqurtlu kəndində fəaliyyət göstərən Məmmədov Hafiz Yusif oğluna məxsus "Nurxan" marketdə aparılan yoxlama zamanı texniki normative- hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Yenisabah.az-a verilən məlumata görə, marketin anbar sahəsində qida məhsullarının yerdən, divardan ara məsafəsi gözlənilmədən saxlanıldığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi, məhsulların saxlanma qaydalarına riayət olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi müəyyən edilib. Eyni zamanda yararlılıq müddəti bitmiş qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb.

Fakta bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan çıxarılıb və qanunvericiliyə uyğun digər zəruri tədbirlər görülüb. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!