Bu mərkəz büdcədən maliyyələşən qurumlar siyahısına salındı

saytların hazırlanması

Evə çatdırılma

Bu mərkəz büdcədən maliyyələşən qurumlar siyahısına salındı

İqtisadiyyat

21 Avqust 2019 06:35 1327


Nazirlər Kabineti “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli qərara dəyişiklik edib.

“Yeni sabah” xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb. Qəsasən Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın "Büdcədən maliyyələşdirilən qurumlar” hissəsinə əlavə edilib.

Qeyd edək ki, Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi Prezident İlham Əliyevin bu ilin yanvarında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmanına əsasən yaradılıb. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!