Bu müəllimləri sevindirəcək XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Bu müəllimləri sevindirəcək XƏBƏR

Sosial

05 Aprel 2025 09:33 804


Attestasiyadan keçə bilməyən müəllimlərə iş imkanları yaradılacaq.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, attestasiyadan keçə bilməyən 37 nəfərin işinə xitam verilməyəcək. Həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərə də iş imkanları yaradılacaq. Siyahıda sağlamlıq problemi olan müəllimlər də yer alır.

Nazirlikdən bildirilib ki, attestasiyada uğur qazanmayan, lakin gələcəkdə daha yaxşı nəticələr əldə etmək potensialı olan müəllimlərin işə qəbul imtahanlarında iştirak etmək hüququ saxlanılır. Bu müəllimlər, işə qəbul imtahanlarında yüksək nəticə göstərməklə məktəblərə qayıtmaq imkanı əldə edəcəklər. Marqarita pizza

Attestasiyada ən yüksək nəticə göstərən 2 nömrəli Onbirillik Musiqi Məktəbinin müəllimləri isə prosesin rahat keçdiyini qeyd ediblər.

Nazirlikdən verilən məlumatda attestasiyada 650 nəfərin yüksək nəticə ilə uğurla keçdiyi, 492 müəllimin isə tutduğu vəzifəyə uyğun hesab edilmədiyi bildirilib. Növbəti attestasiya may ayında keçiriləcək. /Xəzər Xəbər


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!