Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır   - ŞOK MƏLUMAT

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır - ŞOK MƏLUMAT

Siyasət

29 Avqust 2024 21:37 3182


Şərqi Aralıq və Egey dənizində müxtəlif təxribatlar törədən Yunanıstan 3 ölkəyə və Cənubi Kiprə dəstək verərək Türkiyə ilə müharibəyə hazırlaşır.

Yenisabah.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Birlik" qəzeti məlumat yayıb.

Yunanıstan, Fransa, İtaliya və Cənubi Kiprin iştirakı ilə Şərqi Aralıq dənizi, Cənubi Egey və Krit adasının ətrafında genişmiqyaslı hərbi təlimlər keçiriləcək. Pepperoni pizza

Təlimin keçiriləcəyi bölgələr arasında Türkiyənin Liviya ilə qurduğu dəniz yurisdiksiyaları da var.

14 sentyabr 2024-cü ildə başlayacaq "Eunomia-24" (Ədalət) adlı dördtərəfli təlimə Yunanıstanın Dəniz, Hərbi Hava Qüvvələri və Quru Qoşunları Xüsusi Birlikləri, digər ölkələr də Dəniz və Hərbi Hava Qüvvələri ilə iştirak edəcək.

Bildirilir ki, təlimin məqsədi aviasiya əməliyyatları sahəsində əməkdaşlığı gücləndirmək, regionda naviqasiya azadlığını təmin etmək, iştirakçı bölmələrin qarşılıqlı fəaliyyət və döyüş qabiliyyətini gücləndirməkdir.

Qeyd edək ki, “Eunomia” adlı təlim ilk dəfə 2020-ci ildə başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!