Bu ölkələri dərhal tərk edin -   SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkələri dərhal tərk edin - SİYAHI

Dünya

03 Mart 2026 09:16 656


ABŞ Dövlət Departamenti regiondakı gərginlik səbəbilə ABŞ vətəndaşlarına Yaxın Şərqdəki 10-dan çox ölkəni dərhal tərk etməyi tövsiyə edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Birləşmiş Ştatların dövlət katibi Marko Rubionun konsulluq məsələləri üzrə köməkçisi Mora Namdar öz “X” hesabında yazıb.

O bildirib ki, M.Rubio və Dövlət Departamenti amerikalıları ciddi təhlükəsizlik riskləri səbəbilə mövcud olan istənilən kommersiya nəqliyyat vasitəsindən istifadə edərək aşağıdakı ölkələri dərhal tərk etməyə çağırır. pizza hut

Siyahıya Bəhreyn, Misir, İran, İraq, İsrail, Qəzza zolağı, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri və Yəmən daxildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!