Bu peyvənd artıq koronavirusdan qorumur

saytların hazırlanması

Evə çatdırılma

Bu peyvənd artıq koronavirusdan qorumur

Sağlamlıq

23 Oktyabr 2023 14:31 6242


Rusiyanın Sputnik V peyvəndi koronavirusdan qorumur. 

"Unikal" xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının akademiki, Mikrobiologiya Elmi-Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburq yerli KİV-ə açıqlamasında deyib 

Onun sözlərinə görə, orijinal dərman ilk iki il ərzində - 2020-ci ilin avqustundan təxminən 2022-ci ilin iyuluna qədər COVID-19-a qarşı immunitet təmin edib.  Dördpendirli pizza

“2022-ci ilin yayının ortalarından başlayaraq, Omicron 1, 2 və 3 variantları ortaya çıxanda Sputnik V-in səmərəliliyi 8 dəfə azalıb", - Gintsburq izah edib. 

"Omicron"un Kraken kimi tanınan XBB.1.5 variantının təqdim edilməsindən bəri peyvənd qoruma təmin etməyi dayandırıb. Bu səbəbdən akademik hesab edir ki, 2022-ci ilin yayında dərmanın antigen tərkibini dəyişmək lazım idi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!