Bu qida yoğun bağırsaq xərçəngi riskini 35 faiz azaldır! -  Dəyəri bilinmir

saytların hazırlanması

Evə çatdırılma

Bu qida yoğun bağırsaq xərçəngi riskini 35 faiz azaldır! -  Dəyəri bilinmir

Sağlamlıq

22 Fevral 2024 13:19 4636


Araşdırmalara görə, həftədə bir dəfə paxlalı bitkilərdən hazırlanmış yeməkləri yemək yoğun bağırsaq və anal xərçəng riskini 26 faiz azaldır.

Yenisabah.az xəbər verir ki, bu qidaları həftədə iki dəfə qəbul etdikdə sözügedən nisbət 35-ə yüksəlir.

Bu barədə “European Journal of Clinical Nutrition”da dərc olunan araşdırmada deyilir. Sezar pizza

Bu gün dünyada mədə xərçəngi nisbəti azaldığı halda, yoğun bağırsaq xərçəngi nisbətləri artır. Buna səbəbə stresslə yanaşı, həddindən artıq “fast food”, qazlı içkilər və qablaşdırılmış qidalar daxildir.

Mövzu ilə bağlı danışan qastroenterologiya mütəxəssisi, professor Vedat Göral bildirib ki, türk mətbəxinin əsas qidası olan paxlalı bitkilər son vaxtlar süfrədən uzaqlaşdırılıb və bu vəziyyət bağırsaq sağlamlığını ciddi mənada pozub. 

Əsmətxanım


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!