Bu rayonda əməliyyat keçirildi: Həbs olunanlar var

saytların hazırlanması

Evə çatdırılma

Bu rayonda əməliyyat keçirildi: Həbs olunanlar var

Kriminal

01 Sentyabr 2025 16:37 8542


Abşeron Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib. 

DİN-in mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, tədbirlər zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 47 yaşlı Nizami Hüseynov, 24 yaşlı Azər Məmmədov, 51 yaşlı Hikmət İsmayılov, həmçinin əvvəllər məhkum olunmuşlar - 42 yaşlı Balaqardaş Hacıyev və 34 yaşlı Həmid Mahmudov saxlanılıblar. 

Həmin şəxslərdən ümumilikdə 5 kiloqrama yaxın psixotrop maddə metamfetamin, müxtəlif adda narkotik vasitə, 54 ədəd güclü təsiredici hesab edilən pregabalin həbi və narkotiklərin satışında istifadə edilən elektron tərəzilər aşkarlanıb. pizza hut

 Saxlanılanlar sosial şəbəkələrdə tanış olduqları şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb edildiklərini bildiriblər.

 Faktlarla bağlı cinayət işi başlanılıb. Adları sadalanan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!