Bu samovarla 1200 nəfəri çaya qonaq etmək olar -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bu samovarla 1200 nəfəri çaya qonaq etmək olar - Fotolar

Mədəniyyət

20 Aprel 2021 14:33 1486


İsmayıllının Lahıc qəsəbəsində misgər Kəbleyi Əliyev nəhəng samovar hazırlayıb.

Yenisabah.az xəbər verir ki, samovarın diametri 3, hündürlüyü 2,2 metrdir. 250 litr su tutur. Çaynikin həcmi isə 8 litrdir. Suyun qaynadılmasına təqribən 1 saat vaxt lazımdır.

Samovar düzəltməyin çox çətin olduğunu dilə gətirən misgər vurğulayıb ki, samovarın materialının döyülməsi, hazırlanması əziyyətlidir: pizza sifarişi

"2021-ci il təzə başlamışdı. Fikirləşdik ki, bir dənə böyük samovar düzəldək, həcmi 200-300 litr olsun. Bismillah edib, işə başladıq. Materialını aldım, eskizini çəkdim. Eskizini çəkmək 1 aya başa gəldi. Sonra başladım düzəltməyə”.

Kəbleyi Əliyev deyib ki, heç yerdə bu boyda, özü də işləyən samovar ola bilməz: “Bu samovarı hazırlamaq 6 aya başa gəldi. Üstündəki naxışlar heç bir kitabda yoxdur, hamısını yeni işləmişik. Qulpları taxtadan, göyüş ağacındandır. Bu samovarla 1200 nəfəri çaya qonaq etmək olar”. (Azərtac)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!