Bu şəxslərə isti havalarda çölə çıxmaq olmaz

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərə isti havalarda çölə çıxmaq olmaz

Sağlamlıq

16 İyul 2024 09:34 2111


Son günlərdə havanın temperaturu olduqca yüksəkdir.

Hit.az bildirir ki, hətta ölkənin bəzi ərazilərdə havanın temperaturu 40 dərəcəni belə keçir. Lakin yayın belə qızmar keçməsi bəzi insanların səhhətində problemlərə səbəb ola bilir. 

Xüsusilə, kənd təsərrüfatı və tikinti işləri kimi açıq havada çalışan insanlar uzun müddət yüksək temperatura məruz qaldıqda sağlamlıq problemləri ilə üzləşirlər. Üstəlik, belə havalarda gündüz çölə çıxmaq və ya idman etmək bu riski daha da artırır. Dominos pizza

Bəs kimlərə belə isti havalarda gündüzlər çölə çıxmaq tövsiyə olunmur?

1. Yaşlılar:

Çünki onların bədənləri temperaturu tənzimləməkdə çətinlik çəkə bilər. Bu isə günvurma riskini artırır.

2. Xroniki xəstəlikləri olanlar:

Xüsusilə ürək, ağciyər və böyrək xəstəlikləri kimi xroniki xəstəlikləri olanlar havanın həddindən artıq isti olmasına qarşı daha həssas olurlar. 

3. Uşaqlar:

Uşaqların bədəni istiliyi böyüklər kimi effektiv şəkildə tənzimləyə bilmir. Bu səbəbdən də havanın temperaturu yüksək olanda çölə çıxmamaları tövsiyə olunur. 

4. Hamilə qadınlar:

Nəzərə almaq lazımdır ki, hamilə qadınlar yüksək temperaturda daha çox stress keçirə bilərlər. Üstəlik, onların günvurma riski də arta bilər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!