Bu şəxslərin maaşları   DƏYİŞDİ - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərin maaşları DƏYİŞDİ - RƏSMİ

Sosial

19 Mart 2025 17:37 6878


"Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri" yeni redaksiyada təsdiqlənib.

Yenisabah.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar qəbul edib.

Eyni zamanda "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri" yeni redaksiyada təsdiq edilib. Sezar pizza

Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

Bu qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!