Bu şəxslərin NƏZƏRİNƏ - Aprelin 1-dən...

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərin NƏZƏRİNƏ - Aprelin 1-dən...

Sosial

13 Mart 2025 20:40 771


Aprelin 1-dən avtonəqliyyat vasitələri ilə sərnişindaşımaları həyata keçirən hüquqi və fiziki şəxslərə "Fərqlənmə nişanı" və "Xüsusi fərqlənmə nişanı" yalnız onlayn qaydada https://e-xidmet.ayna.gov.az/ portalı üzərindən veriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, proses "AYNA" informasiya sisteminə inteqrasiya olunan "Fərqlənmə nişanı" altsistemi vasitəsilə həyata keçiriləcək. Həmin sistem üzərindən "Fərqlənmə nişanı"nın alınması üçün müraciətlərin edilməsi yalnız gücləndirilmiş ASAN İmza ilə mümkün olacaq. Sezar pizza

Sistemin yeni olmasını nəzərə alaraq, qarşıya çıxacaq sualları minimuma endirmək üçün "İstifadəçi təlimatları" hazırlanıb.

Qeyd edək ki, qanunvericiliyin tələblərinə əsasən, "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşınmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!