Bu şəxslərin pensiyası   ARTIRILACAQ

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərin pensiyası ARTIRILACAQ

Sosial

03 Mart 2025 18:47 8007


"Qanunvericiliyə əsasən, işləyən vətəndaşlarımızın pensiya məbləği iki dəfə artırılır. İndeksləşdirmə ilə hər il artırılır. Eyni zamanda iki dəfə pensiya məbləğinə əlavə olur".

Yenisabah.az "Baku.ws"ə istinadən xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, işləyən vətəndaşların pensiya məbləği praktik olaraq mövcud qanunvericiliklə daha çox artır: Dördpendirli pizza

"Vətəndaş altı il işlədikdən sonra 72-yə bölünür. Daha altı il işləyirsə, o zaman həmin kapital bir daha 72-yə bölünərək pensiya məbləğinə əlavə olunur.

Mövcud qanunvericiliyə əsasən yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən vətəndaşların pensiya kapitalı yığılmaqda davam edir. Bu zaman toplanan kapital altı ildən sonra yenidən hesablanaraq pensiyaya əlavə olunur. Altı ildən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi dövlət sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır.

Tutaq ki, bir vətəndaş 2019-cu ilin fevral ayında əmək pensiyası hüququ qazanıbsa, amma eyni zamanda işləməyə davam edib. Həmin vətəndaşımızın pensiyası 2025-ci ilin yanvar ayında əvvəlki ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq indeksləşmə nəticəsində artırılır. Amma eyni zamanda həmin vətəndaşımızın pensiya məbləği fevral ayında yenidən artırılır. Çünki vətəndaşımız işləməkdə davam edir və onun pensiya kapitalı formalaşır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Hediyeyev Nadir
    65 yaş əmək fəsliyyətinin son həddi deyilmi?
    1 year ago