Bu şirkətin gəliri – 46 MİLYARD DOLLARI ÖTÜB

saytların hazırlanması

Evə çatdırılma

Bu şirkətin gəliri – 46 MİLYARD DOLLARI ÖTÜB

İqtisadiyyat

28 Avqust 2025 11:41 339


Kaliforniyada yerləşən çip istehsalçısı "Nvidia"nın gəliri illik müqayisədə 56 faiz artaraq 46,7 milyard dollara çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Çip istehsalçısı cari rüb üçün gəlir proqnozunu 54 milyard dollar olaraq açıqlayıb. Bu dövrdə "Nvidia"nın gəliri bazar gözləntilərini üstələyib. Dominos pizza

Hesabat dövründə "Nvidia"nın xalis mənfəəti illik müqayisədə 59 faiz artaraq 26,4 milyard dollara çatıb. Ötən maliyyə ilinin eyni dövründə şirkətin xalis mənfəəti 16,6 milyard dollar təşkil edib.

"Nvidia"nın səhm başına qazancı da bu dövrdə 67 sentdən 1,08 dollara yüksəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!