Bu taksi sürücüləri sistemdən çıxarılır - Video

saytların hazırlanması

Evə çatdırılma

Bu taksi sürücüləri sistemdən çıxarılır - Video

Sosial

13 Mart 2025 08:57 220


Sertifikasiyadan keçməyən taksi sürücüləri sistemdən çıxarılır.

“Yeni Sabah” xəbər verir ki, "Bolt" taksi şirkəti sertifikatsız sürücülərin hamısını bloklayıb və onlar hazırda fəaliyyət göstərmək üçün tətbiqə daxil ola bilmirlər.

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülər bildiriblər ki, sözügedən məsələ ilə bağlı xeyli şəxs işdən çıxarılıb. Dördpendirli pizza

Adıçəkilən taksi şirkətindən "Xəzər Xəbər"ə bildirilib ki, buna səbəb həmin sürücülərin təlim sertifikatlarında uyğunsuzluqların aşkarlanmasıdır.

Lakin sertfikasiyadan keçən sürücülər də vəziyyətdən narazıdırlar. Qoyulan qaydalarla işləyən taksilərdə qiymətlərin artacağını düşünən sürücülərin bu gözləntiləri özünü doğrultmayıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qeyd olunan uyğunsuzluqlarla bağlı sürücülərə yox, şirkətlərə xəbərdarlıq edilir. Tələbə görə, taksi sifarişi operatorları icazəsi olmayan taksi minik avtomobilinin sürücüsünə sifariş ötürə bilməzlər.

Bunu edən taksi operatorları üçün İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr nəzərdə tutulub. Həmçinin qeyd edilib ki, bu günə kimi 40 minə yaxın taksi sürücüsü təlimə cəlb olunub.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!