Bu tarixdə Azərbaycana YAZ GƏLİR

saytların hazırlanması

Evə çatdırılma

Bu tarixdə Azərbaycana YAZ GƏLİR

Sosial

14 Mart 2025 17:09 252


Gələn həftə - martın 20-si Azərbaycana yaz fəsli daxil olur.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasındanYenisabah.az-a  verilən məlumata görə, yaz fəslinin Azərbaycana daxil olması saat 13:01:25-ə təsadüf edəcək.

Bildirilib ki, fəslin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq. pizza hut

Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika (Günəşin illik zahiri hərəkət yolu) üzrə hərəkət edərək, ekvatoru kəsməklə Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində asrtonomik yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!