Bu yolda hərəkətə dəyişiklik ediləcək - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bu yolda hərəkətə dəyişiklik ediləcək - FOTO

Sosial

05 Mart 2025 09:45 224


Martın 5-də paytaxtın Üzeyir Hacıbəyli küçəsində yol hərəkətində dəyişiklik ediləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsinin və AYNA-nın birgə məlumatında bildirilib.

Qeyd edilib ki, Yusif Səfərov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri Ü.Hacıbəyli küçəsinin sağ kənar yoluna daxil olduqda yolun mərkəz hissəsinə daxil ola bilməyəcəklər. Bununla da hərəkəti düz davam edib sağa Nizami küçəsinə yönələcəklər. Həmin ərazidə yerləşən yeraltı parkinqdən çıxan avtomobillər isə birbaşa Ü.Hacıbəyli küçəsinin mərkəz yoluna daxil ola biləcəklər. pizza hut

Müvafiq nişanlar sözügedən ərazidə quraşdırılacaqdır. Yol hərəkətinin təşkilində edilən dəyişiklik Ü.Hacıbəyli küçəsində yarana biləcək sıxlıqların qarşısının alınması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə həyata keçirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!