Budapeştdə Zəfər Gününə həsr olunmuş futzal turniri keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Budapeştdə Zəfər Gününə həsr olunmuş futzal turniri keçirilib

İdman

08 Noyabr 2021 15:28 1011


Macarıstanın paytaxtı Budapeşt şəhərində Zəfər Gününə həsr edilmiş "Victory CUP" adlı futzal turniri keçirilib.

Yenisabah.az xəbər verir ki, Azərbaycanın səfirliyin təşəbbüsü və təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan turnirdə Macarıstan universitetlərinin tələbələrindən ibarət 8 komanda iştirak edib.

Turnirdə qalib gələn Eötvöş Lorand Universitetinin komandasını ölkəmizin səfiri Tahir Tağızadə Zəfər Kuboku ilə mükafatlandırıb. Həmçinin ikinci və üçüncü yerləri tutan Macarıstan Fiziki Universitetinin və Korvinus Universitetinin komandalarına medallar və hədiyyələr təqdim edilib. pizza hut

Turnirdə qalib gələn komandanın noyabr ayının sonlarında Azərbaycana səfəri və “Qarabağ” futbol klubunun təlim-məşq toplantılarında, həmçinin oyunlarında iştirakı nəzərdə tutulur.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!