Azərbaycanda iri vergi ödəyicilərinin 2018-ci ildə dövlət büdcəsinə ödədikləri və büdcədən aldıqları vəsaitlərin həcmi bəlli olub.
“Yeni Sabah” xəbər verir ki, Hesablama Palatasının məlumatlarına əsasən bəlli olub ki, il ərzində büdcəyə ən çox vəsait SOCAR tərəfindən daxil olub. Amma maraqlı burasındadır ki, SOCAR-ın büdcədən aldığı vəsait ödədiyindən artıqdır.
Dövlət şirkətlərinin büdcədən aldırları və büdcəyə ödədikləri pulları rəqəmlərlə təqdim edirik:
SOCAR: 1 milyard 425 milyon manat ödəyib, 1 milyard 486 milyon manat alıb Marqarita pizza
Azərenerji: 86 milyon ödəyib, 240 milyon manat alıb
Azərbaycan Dəmir Yolları: 15 milyon ödəyib, 607 milyon manat alıb
Xəzər Dəniz Gəmiçiliyi: 30 miyon ödəyib, 20 milyon manat alıb
Azərbaycan Hava Yolları: 32 milyon ödəyib ,10 milyon manat alıb
Azərsu: 27 milyon ödəyib, 431 milyon manat alıb.
Qeyd: Rəqəmlər Bakı Araşdırmalar İnstitutunun hesabatından götürülüb.

Telegram kanalımız