Türk musiqisinin divası Bülent Ərsoyun Zeki Mürenin qəddar və qısqanc bir insan olduğunu deməsi gündəm olub.
Yenisabah.az xəbər verir ki, o, iddialarına davam edərək Zeki Mürenin intihar etdiyini bildirib.
Ərsoy bu dəfə Demet Akalının qonağı olub: pizza mizza
"Müzeyyen Senar mənə "mənim yerimi tutacaqsan", - deyirdi. Zeki Müren bunu eşidəndə "Aman Allahım, bu yaponun canını al", - dedi. Mənə "Yapon" deyirdi. Bütün işçilərini alçaldırdı. Zeki Müren qəddar adam idi. Mənə qarşı qısqanclığından öldü".
Ərsoy TV8-də qatıldığı canlı yayımda iddialarını davam etdirib:
“Zeki bəy dərmanlarını içmirdi, elə bununla intiharına zəmin hazırladı... Heç kəs bunun əksini deyə bilməz! Gündə 38 həb... Hər gün... Heç birini içmirdi, beləcə, intihar etdi”.
Telegram kanalımız