“Bundan gözəl nə ola bilər?” - Aqil Abbas

saytların hazırlanması

Evə çatdırılma

“Bundan gözəl nə ola bilər?” - Aqil Abbas

Siyasət

10 Noyabr 2020 21:09 2177


Əldə edilən sülh razılaşmasını müsbət qiymətləndirirəm. Artıq Dağlıq Qarabağın statusu məsələsi birdəfəlik aradan qalxdı. Bundan gözəl nə ola bilər?

Yenisabah.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aqil Abbas dünəm gecə Azərbaycan-Rusiya-Ermənistan arasında əldə edilən sülh razılaşmasını qiymətləndirərkən deyib.

Aqil Abbas əlavə edib ki, Xankəndində Azərbaycan bayrağı dalğalanacaq: “Başqa kimin bayrağı ola bilər? Yalnız Azərbaycan bayrağı”. Toyuqlu pizza

Deputat əlavə edib ki, birgə bəyanat verilib: “Bu, kontur sənədlərdir. Yəni nə necə olmalıdır. Əlbəttə, erməni qoşunları Azərbaycan ərazilərindən çıxarılacaq, torpaqlarımız özümüzə qaytarılacaq və bundan sonra sülh müqaviləsi imzalanacaq”.

Aqil Abbas bildirib ki, şəxsən onun ermənilərə o qədər də inamı yoxdur: “Amma ümid edirəm ki, bu mexanizm işlək olacaq. Erməni məcburdur ki, rusların dediyini etsin. Ehtimal edirəm ki, Türkiyə tərəfi də bu prosesdə hansısa formada iştirak edəcək. Mən əldə olunan razılaşmanı uğurlu sayıram”. /Teleqraf.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!