“Bura saxta bir Ermənistandır” -  Artan Zakaryan

saytların hazırlanması

Evə çatdırılma

“Bura saxta bir Ermənistandır” -  Artan Zakaryan

Dünya

17 İyul 2021 14:02 2426


"Nikolizm"dən əvvəl bir çox vətəndaş siyasətlə maraqlanmadığını və ya kimin seçiləcəyinin onlar üçün əhəmiyyət daşımadığını deyirdi, əslində, müəyyən qədər haqlı idilər. Çünki qalib bir dövlət vardı, ölkə təhlükəsiz idi, demək olar ki, hər yerdə inkişaf vardı, xarici siyasət düzgün şəkildə aparılırdı, ölkədə azad şəkildə gəzilirdi. 

Bəli, sosial problemlər və haqsızlıqlar vardı, amma insan münasibətləri, qarşılıqlı hörmət, ümid və inam vardı. Yəni belə şərtlər daxilində bir çoxunun siyasətə qarışmaq istəməməsi normal idi. Amma indi, insanlar siyasətlə maraqlanmadığını deyəndə təəccüblənirik. Vətəni itirmək və buna laqeyd münasibət göstərmək mümkündür? ".

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Müdafiə nazirinin köməkçisi Artan Zakaryan deyib. Sezar pizza

"Bütöv bir gənc nəsil itirmək və buna susmaq olar? Bir dövləti itirmək və heç nə etməmək normaldır? Düşmənə sərhədləri vermək və ardınca hüzurlu yaşamaq nə deməkdir? 

Bura Ermənistandır? Məncə, deyil, həqiqi Ermənistan bu ola bilməz. Bu Nikolizmə, Qafqaz üçün savaşan düşmənlərə və xaricilərə faydalı olan saxta bir Ermənistandır. Əsl Ermənistan milli şüurun və milli birliyin hökm sürəcəyi Ermənistandır",-deyə o əlavə edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!