Sabiha Gökçen aeroportunun baş vermis insident səbəbindən bağlanması ilə əlaqədar “Buta Airways”in J2-9103 nömrəli reysində hava gəmisinin kapitanı Ankaranın hava limanına eniş etmək qərarı verib.
"Yeni Sabah"ın “Buta Airways”ə istinadən verdiyi məlumata görə, təyyarə yerli vaxtla 10:57-də Esenboğa aeroportunda uğurlu eniş həyata keçirib.
Sabiha Gökçen aeroportundan icazə alındıqdan sonra təyyarənin heyətinin İstanbula uçuşa hazırlaşacağı gözlənilir. pizza mizza
Məlumatda deyilir ki, İstanbul aeroportundan məlumat alındıqca xəbər yenilənəcək.
Qeyd edək ki, bu gün Sabiha Gökçen hava limanında Birləşmiş Ərəb Əmirliklərindən gələn təyyarə eniş edərkən uçuş-enmə zolağından çıxıb. Bununla əlaqədar Türkiyə vaxtı ilə saat 15:00-dək zolaq uçuş-enmə üçün bağlanılıb.
Telegram kanalımız