Fevralın 19-da Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı olacaq.
Yenisabah.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək toplantı saat 10:00-da başlayacaq.
İclasda federasiyanın növbəti müddətə prezidenti, vitse-prezidentləri və İdarə Heyətinin üzvləri seçiləcək. Tədbirdən sonra mətbuat konfransı nəzərdə tutulub. Toyuqlu pizza
Qeyd edək ki, AAAF-ın hazırkı prezidenti Cahangir Əsgərovdur.
Mehri QURBAN
Telegram kanalımız