Cahangir Əsgərov razılaşma imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Cahangir Əsgərov razılaşma imzaladı

İqtisadiyyat

03 İyul 2019 17:20 2566


“Azərbaycan Hava Yolları” Bakıda Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə birgə mülki aviasiya sahəsində nüfuzlu forum həyata keçirib.

Şirkətdən “Yeni Sabah”a daxil olan xəbərə görə AZAL prezidenti Cahangir Əsgərov və IATA-nın Avropa üzrə vitse-prezidenti Rafael Şvartsman çıxış ediblər. 

Əsgərov bildirib ki, AZAL artıq 26 ildir İATA-nın tamhüquqlu üzvüdür: “Bütün bu illər ərzində biz uçuşların təhlükəsizliyi, kadr hazırlığı, innovasiyaların tətbiqi sahəsində sıx əməkdaşlıq etmişik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daimi diqqəti və dəstəyi sayəsində dinamik inkişaf edən Azərbaycan mülki aviasiyası üçün uçuşların təhlükəsizliyi ən prioritet məsələdir. Bu gün ölkəmizin bütün hava limanlarında tətbiq olunan ən müasir texnologiya və innovasiyalar uçuşların təhlükəsizliyinə hərtərəfli imkan yaradır”. pizza hut

Tədbir çərçivəsində Cahangir Əsgərov və Rafael Şvartsman uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində iki razılaşma imzalanıb. Sənədlər IOSA (IATA İstismar Təhlükəsizliyi Auditi), ISAGO (Yerüstü ƏməliyyatlarınTəhlükəsizliyi Auditi) və GADM (Aviasiya Məlumatlaının İdarəedilməsi Proqramı) kimi audit proqramlarının, habelə aeronaviqasiya sahəsində uçuşların təhlükəsizliyinə nəzarət üçün son standartların tətbiqini nəzərdə tutur.

Həmçinin “Aviation Day Azerbaijan” forumunda 2020-ci ildə ən mühüm IATA beynəlxalq təhlükəsizlik konfranslarından birinin - "Safety and Flight Ops Conference"-in Bakıda keçiriləcəyi bəyan edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!