“Çakır“ qazimizə təsbeh hədiyyə etdi

saytların hazırlanması

Evə çatdırılma

“Çakır“ qazimizə təsbeh hədiyyə etdi

Şou

10 Yanvar 2022 17:38 722


Türkiyənin reytinqli layihələrindən olan "Eşkiya dünyaya hükümdar olmaz"ın məşhur aktyoru, Azərbaycan tamaşaçısının Çakır kimi xatırladığı Oktay Kaynarca yeni xəbərlə gündəmə gəlib.

Yenisabah.az Bakı.vs-yə istinadən xəbər verir ki, o, II Qarabağ müharibəsində döyüşən qazilərimizdən biri Azər Abdullazadə ilə görüşüb.

Aktyor qazimizə təsbeh hədiyyə edib. Həmin an lentə alınan görüntülər sosial şəbəkələrdə yayılıb. pizza sifarişi

Qeyd edək ki, 21 yaşlı qazimiz Azər Abdullazadə Tərtər rayonunun Cəmilli kəndindəndir. O Vətən müharibəsi zamanı 2020-ci il in oktyabrında Cəbrayıl istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Azər Abdullazadə sağ gözünü itirib. O, "Vətən Müharibəsi Qəhrəmanı" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!