Canəli Əkbərovun vəziyyəti ağırlaşdı:   “Möcüzə gözləyirik“

saytların hazırlanması

Evə çatdırılma

Canəli Əkbərovun vəziyyəti ağırlaşdı: “Möcüzə gözləyirik“

Mədəniyyət

21 Oktyabr 2021 13:57 1873


Xalq artisti Canəli Əkbərovun səhhəti pisləşib.

Yenisabah.az xəbər verir ki, bu barədə xanəndənin qızı Təranə Əkbərova məlumat verib.

O bildirib ki, C.Əkbərov hazırda ev şəraitində müalicə olunur: “Bir müddətdir ki, atamın səhhətində ciddi problemlər var. Son günlər vəziyyəti xeyli pisləşib. Beyni tamam funksiyasını itirib. Durumu çox ağır olduğu üçün müalicəsini evdə davam etdiririk. Həkimlər ümidverici heç nə demir. Sadəcə möcüzə gözləyirik”. pizza hut

Qeyd edək ki, C.Əkbərov iki il bundan öncə beyin insultu keçirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!