“Güclü komandaya qarşı oyunda məğlub olduq. Son dəqiqəyədək mübarizə apardıq. İki komanda arasında fərq böyükdür".
Yenisabah.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə keçirilən oyundan sonra söyləyib.
Belqradda baş tutan matçda 1:3 hesabı ilə məğlub olan yığmamız ən sonuncu pillədə qərarlaşıb. pizza
Oyunsonrası mətbuat konfransında italiyalı mütəxəssis millinin çıxışını dəyərləndirib:
“Komandamın yaxşı oyun nümayiş etdirdiyini düşünürəm. Qısa zamanda komanda yaratmaq asan deyil. Vaxtımız azdır. Hər şeyi analiz edirəm, Azərbaycan çempionatını, legioner həyatı yaşayan futbolçuların oyunlarını izləyirəm. Düz yolda olduğumuzu düşünürəm. Seçimimiz elə də geniş deyil. Üstəlik zədəli futbolçularımızın da olması işimizi daha da çətinə salır".
Mehri Qurban
Telegram kanalımız