Cavan Zeynallıya studiyada elçi düşdülər

saytların hazırlanması

Evə çatdırılma

Cavan Zeynallıya studiyada elçi düşdülər

Şou

12 Noyabr 2023 10:03 884


Lətifə adlı xanım Xalq artisti Cavan Zeynallıya evlilik təklif edib.

Yenisabah.az Axşam-a istinadla xəbər verir ki, hadisə "Elgizlə izlə" verilişində baş verib.

Qadın gənc yaşlarından C.Zeynallının pərəstişkarı olduğunu söyləyib: pizza hut

"Siz əsl cazmensiz. Royalda mükəmməl ifa edirsiniz. Cavan müəllim çox alicənab, gözəl insandır. Allah Röya xanıma rəhmət eləsin. Çox kədərləndim və məyus oldum onun vəfatına. Cavan müəllim sadiq və vəfalıdır. İnsanlar sizi çox sevirlər".

Bu sözlərə C.Zeynallı belə cavab verib: "Ayrı yolu yoxdur. Mən uşaqlıqdan beləyəm. Tək deyiləm. Həm Qusarda, həm də Bakıda qohumlarım var. Onlar mənimlə ünsiyyətdə olur, zəngləşirik, görüşürük. Evimə gəlib yeməklər bişirirlər. Hərdən mən özüm yemək hazırlayıram. Bizim Lətifə xanımla münasibət qurmağımıza zaman, vaxt lazımdır. Siz isə tələsirsiniz. Bu işlər tələsməklə olmur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!