Cavanşir efirdə qızıllarını nümayiş etdirdi: “Acından ölsəm də...” - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Cavanşir efirdə qızıllarını nümayiş etdirdi: “Acından ölsəm də...” - VİDEO

Şou

22 Noyabr 2023 14:30 848


Əməkdar artist Cavanşir Məmmədov efirdə qızıllarını nümayiş etdirib. 

Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, sənətçi qonaq olduğu "Rəngarəng səhər" verilişində özünün aldığı və ona hədiyyə edilən bahalı zinət əşyalarını üzə çıxarıb. 

"Gördüyünüz bu sinəyə taxılan "qızılı mikrofon" aksesuarı brilliant daşlarla bəzədilib. Azərbaycan müstəqillik qazanandan sonra 2005-ci ildə türk müğənnisi kiçik Əmrah və mən Bakıda konsert proqramı ilə çıxış etdik. İş adamı və hazırda qudam olan Vəli Məmmədov Əmraha və mənə bunu hədiyyə edib. Əmrahda olan "qızıl mikrofon"un üzərinə onun adı, məndə isə mənim adım yazılıb. Bu sənət yadigarıdır. pizza mizza

Acından ölsəm də, bunu satmaram. Bu qızıl klonu isə rəhmətlik İlhamə Quliyeva mənə 2010-ci ildə hədiyyə edib. Bunların hamısının başında sənət durur. Dostlarım 2006-ci ildə limuzin "QAZ - 31" markalı avtomobil hədiyyə etdilər. O maşın zavod istehsalı idi. İnsanın əsas sənəti olmalıdır", - deyə Cavanşir Məmmədov vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!