Cavid Qurbanov ABŞ-ın keçmiş səfiri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Cavid Qurbanov ABŞ-ın keçmiş səfiri ilə görüşdü

İqtisadiyyat

03 İyul 2019 18:08 1107


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində ikitərəfli görüş keçirilib. 

“Yeni Sabah” xəbər verir ki, görüşdə 2015-2018-ci illərdə ABŞ-ın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri olmuş Robert Sekuta, ABŞ-ın Birləşmiş Ehtiyat Qüvvələrinin rəhbəri kontr-admiral Ron Maklaren, Xəzər Araşdırma Mərkəzinin direktoru Əfqan Niftiyev iştirak ediblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, son illər nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilməkdədir. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır, mövcud dəmir yolu infrastrukturu modernləşdirilir. Cavid Qurbanov Bakı-Tbilisi–Qars, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri barədə də ətraflı məlumat verib.  Dördpendirli pizza

Sonra ikitərəfli qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. 

ABŞ-ın Birləşmiş Ehtiyat Qüvvələrinin rəhbəri kontr-admiral Ron Maklaren Azərbaycanın nəqliyyat-logistika, tranzit imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən məmnun qaldıqlarını, ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!