Cəbrayılda 4 narkotacir tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Cəbrayılda 4 narkotacir tutuldu

Kriminal

29 Mart 2022 15:03 742


İşğaldan azad olunmuş ərazidə narkotik vasitələr aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri V.Nəzərov, əvvəllər məhkum olunmuş T.Əliyev, Şirvan şəhər sakini İ.Baxşəliyev və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş E.Süleymanov Karxulu kəndi ərazisində saxlanılıblar.

İ.Baxşəliyev və E.Süleymanovdan 6 kiloqram 840 qram marixuana və 1700 ədəd metadon, V.Nəzərov və T.Əliyevdən isə 2 kiloqram 300 qram heroin, 10 kiloqram 630 qram marixuana, 1,300 qram metamfetamin, həmçinin 1 ədəd “TT” markalı tapança və 8 ədəd patron aşkar edilərək götürülüb. pizza

Araşdırmalar zamanı V.Nəzərovun borclu qismində axtarışda olması da müəyyən olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!