Cəbrayılda çoban minaya düşərək öldü   - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Cəbrayılda çoban minaya düşərək öldü - Yenilənib

Hadisə

01 May 2023 19:49 1373


Cocuq Mərcanlıda mina partlayışı ilə bağlı cinayət işi açılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Cəbrayıl rayon prokurorluğundan bildirilib.

Mayın 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Toyuqlu pizza

İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 1964-cü il təvəllüdlü Oktay Alışovun ölməsi müəyyən edilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 299 nəfər mina qurbanlarından 55-i həlak olub, 244-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

***

Cəbrayılda çoban minaya düşüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Cocuq Mərcanlı kəndində baş verib.

1964-cü il təvəllüdlü çoban Oqtay Alışov at üstündə olarkən tank əleyhinə minaya düşüb.

O, hadisə yerində ölüb.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda aidiyyəti dövlət qurumları ilə birlikdə polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!