Cəbrayılda Türkiyə vətəndaşı maşını ilə selə düşdü - Video 

saytların hazırlanması

Evə çatdırılma

Cəbrayılda Türkiyə vətəndaşı maşını ilə selə düşdü - Video 

Hadisə

20 İyun 2023 09:49 759


Cəbrayılda selə düşən Türkiyə vətəndaşı xilas edilib. 

Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Cəbrayıl rayonu, Şükürbəyli kəndi ərazisində güclü yağış səbəbindən yaranan sel axınında 1 nəfər vətəndaşın minik avtomobilində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Cəbrayıl Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb edilib.  pizza hut

Hadisə yerində operativ olaraq əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, idarə etdiyi VAZ-2106 markalı minik avtomobili ilə sel axınına düşən Türkiyə Respublikasının vətəndaşı 1975-ci il təvəllüdlü Aksut Yusifin həyatı üçün təhlükə yaranıb. 

Yanğınsöndürənlər operativ olaraq Aksut Yusufu sel sularından xilas edərək təhlükəsiz əraziyə təxliyə ediblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!