“Cəbrayıl”ın rəqibi Belarusun “Kolos” klubu oldu

saytların hazırlanması

Evə çatdırılma

“Cəbrayıl”ın rəqibi Belarusun “Kolos” klubu oldu

İdman

09 İyun 2022 16:11 1180


UEFA Region Kubokunda Azərbaycanı təmsil edəcək “Cəbrayıl”ın rəqibi müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, Cavid Hüseynovun baş məşqçisi olduğu komanda yarışın ilkin mərhələsində Belarus “Kolos”u ilə üz-üzə gələcək. Bu komandalar 2-ci qrupda yarışacaqlar. Oyunlar Şamaxı Olimpiya Kompleksində keçiriləcək.

1-ci qrupun matçları isə Bakıda “Ask Arena”da təşkil olunacaq. Həmin qrupda “Basiani” (Gürcüstan), "Kaskelen" (Qazaxıstan) və "Tallina Zapoos" (Estoniya) mübarizə aparacaqlar. pizza mizza

Qrup matçları 23-29 iyunda keçiriləcək. Qrupun iki qalibi arasında keçiriləcək oyundan sonra qalibin növbəti mərhələdə hansı qrupda oynayacağı qətiləşəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!