Məşhur cizgi film personajı olan Çeburaşkanın 55 illiyinə ətir həsr olunacaq.
Yenisabah.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ətirin təqdimatı avqustun 20-də baş tutacaq.
Bundan əlavə, ətirin təqdimat günü “Soyuzmultpark”ın media mərkəzində cizgi filmlərində çəkilmiş personajın orijinal kuklası nümayiş ediləcək və mərkəzə bir ton portağal gətiriləcək. Marqarita pizza
Qeyd edək ki, “Çeburaşka” personajı ilk dəfə Eduard Uspenskinin "Timsah Gena və Dostları" kitabında ortaya çıxıb.
1969 -cu ildə kitab əsasında rejissoru Roman Kaçanov olan "Timsah Gena" cizgi filmi ekrana çıxdı.
Xatırladaq ki, "Soyuzmultfilm" studiyasının 85 illik yubileyi şərəfinə Rusiyanın tanınmış ətir markası “Biblioteka Aromatov” studiya ilə birgə əməkdaşlıq edərək cizgi filmlərindən gələn ətir kolleksiyasını buraxıb.
Telegram kanalımız