Çeçen və kürdlər arasında münaqişə yaşandı

saytların hazırlanması

Evə çatdırılma

Çeçen və kürdlər arasında münaqişə yaşandı

Dünya

19 Aprel 2021 16:07 789


Belçikanın Lyej şəhərində çərşənbə axşamı çeçen və kürd gənclər arasında münaqişə yaşanıb.

Yenisabah.az xəbər verir ki, hadisədən bir gün sonra iki qrup arasında təkrar qarşıdurma yaşanıb. Tərəfləri ayırmaq üçün hadisə yerinə gedən 39 yaşlı Aslanbek Diretsov bir qrup kürd gənci tərəfindən beysbol sopaları ilə döyülüb.

Prokurorluğun verdiyi məlumata görə, avtomobili ilə qaçmağa çalışan Diretsov silahla vurularaq öldürülüb. Sezar pizza

Belçikadakı çeçenlər arasında sevilən bir insan olduğu deyilən Diretsovun ölümü xəbəri ilə yüzlərlə çeçen küçələrə axın edib. Ağır silahların istifadə olunduğu münaqişə qısa müddətdə böyüyüb. Təxminən 28 nəfər nəzarətə götürülüb. Belçika polisi qisas çağırışları ilə əlaqədar sıx təhlükəsizlik tədbirləri həyata keçirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!